"Qalatasaray" və "Fənərbaxça"da oynadı, bu klubla anlaşdı

15:55 - 15 Sentyabr 2026

"Benfika" ilə yollarını ayıran Bruma Yunanıstanda oynayacaq.

Sportal.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi "Aris"lə anlaşıb.

Bu barədə Yunanıstan klubunun mətbuat xidməti məlumat yayıb.

Onunla 1+1 illik müqavilə imzalanıb.

Portuqaliya millisinin sabiq üzvü “Sportinq”, “Qalatasaray”, “Qaziantepspor”, “Leyptsiq”, PSV, “Olimpiakos”, “Fənərbaxça”, “Braqa” klublarında oynayıb.

Xəbər xətti