“Barselona” Rafinya Diasla müqavilənin uzadılması üzərində çalışır.
Sportal.az "Diario Sport"a istinadən xəbər verir ki, “blauqrana”nın idman direktoru Deko bu gün Kasteldefelsdəki restoranda vingerlə yeni müqavilənin imzalanması ilə bağlı uzun müddət söhbət edib. Görüş qeyri-rəsmi xarakter daşısa da, tərəflərin tam qarşılıqlı anlaşma şəraitində başladığı danışıqlar çərçivəsində mühüm əhəmiyyət kəsb edir.
Bununla belə, sənədlərin imzalanmasına tələsmirlər. Braziliyalı futbolçunun hazırkı müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. Futbolçu klubdan çox razıdır və bu mövsüm qarşısına qoyulan vəzifələrin həllinə fokuslanıb.
Hazırda Rafinyanın agenti yoxdur. Daha əvvəl onun maraqlarını məhz Deko təmsil edib. Onların arasında münasibətlər hələ də çox yaxşıdır. Vinger bu mövsüm La Liqada 5 oyunda iştirak edib və 6 qol vurub.
saytlarin hazirlanmasi
