Azərbaycan yığmasında oynadı, Türkiyədə klubunu dəyişdi - FOTO

12:49 - 16 Sentyabr 2026

Azərbaycanın U-17, U-19 və U-21 yığma komandasının sabiq üzvü Barış Ekincier özünə yeni komanda tapıb.

Sportal.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi 2-ci liqada yarışan “Elazığspor”la anlaşıb.

O, aşağı liqa təmsilçisi ilə 2 illik müqavilə imzalayıb.

Yığmamızın keçmiş futbolçusu “Bohum”, “Austria Klagenfurt”, “Valdhof Manheym”, “Şanlıurfaspor”, “Ümraniyespor” klublarının formasını geyinib.


 

Xəbər xətti