"Çelsi" ispaniyalı üçün 70 milyon avro ödəməyə hazırdır

18:35 - 16 Sentyabr 2026

PSJ-nin yarımmüdafiəçisi Fabian Ruis karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Çelsi" ispaniyalı oyunçunun xidmətində maraqlıdır. Bu barədə "Le Parisien" nəşri məlumat yayıb.

London təmsilçisinin baş məşqçisi Xabi Alonso rəhbərlikdən Ruisin transferini istəyib. "Çelsi" 30 yaşlı futbolçu üçün Fransa klubuna 70 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, PSJ Fabian Ruisi 2022-ci ilin yayında "Napoli"dən 22,5 milyon avroya transfer edib. İspaniya millisinin üzvü cari mövsümdə Liqa 1 nəhənginin heyətində meydana çıxdığı 7 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti