Ruben Amorim “Milan”ın qələbəsiz üç oyunluq seriyası barədə fikirlərini bölüşüb.
Sportal.az xəbər verir ki, “Milan”ın baş məşqçisi "Sky Sport Italia"nın efirində maraqlı fikirlər səsləndirib:
“Bilirəm ki, “Mançester Yunayted” və “Milan” kimi qələbə qazanmaq məcburiyyətinin olduğu iki böyük klubda insanlar bir neçə ay ərzində hər şeyə nail olmaq istəyirlər və burada da eyni təzyiqi hiss edirəm.
Düşünürəm ki, bu komanda bir qədər fərqlidir: onlar üç müdafiəçi ilə oynamağa daha çox öyrəşiblər, bir qədər daha sürətli və daha güclüdürlər. Əlbəttə, hazırda ideal hesab etdiyim dəqiq xüsusiyyətlərə hələ malik deyilik, amma yeni komandanın başına keçəndə dərhal ideal xüsusiyyətlərə sahib olmaq mümkün deyil.
Bilirəm ki, bunun üçün vaxt lazım olacaq, amma eyni zamanda bu klubda təzyiqin böyük olduğunu da bilirəm. Bununla belə, mən məhz belə işə üstünlük verirəm. Çünki əgər uğursuzluğa düçar olmalıyamsa, istəyirəm ki, bu, böyük uğursuzluq olsun.
Bu kluba qarşı böyük həvəs və bağlılıq hiss edirəm, ona daha yaxşı olması üçün kömək etmək istəyirəm. Bunun üçün kifayət qədər vaxtımın olub-olmayacağını bilmirəm, amma futbolçularıma baxıram və onların məşqlərdə dediyim hər şeyi dinlədiklərini görürəm. Bu da mənə ümid verir ki, bu problemləri həll edə biləcəyik”.
saytlarin hazirlanmasi
