Tofiq Bəhramov stadionu təmir olunacaq - 300 min manatlıq layihə

15:45 - 18 Sentyabr 2026

Tofiq Bəhramov adına Respublika Stadionunda təmir işləri aparılacaq.

Sportal.az xəbər verir ki, təmir işləri və avadanlıq sistemlərinin qurulması üzrə layihə-smeta sənədlərinin hazırlanması “Az Arxitektura” MMC-yə həvalə olunub.

Gənclər və İdman Nazirliyi layihə ilə bağlı MMC-yə 298 min 500 manat ödəniş edəcək.

(ölkə.az)

Xəbər xətti