Azərbaycan milli komandasının Bakıda təlim-məşq toplanışı davam edir.
Sportal.az xəbər verir ki, yığma hazırlığı hələlik tam olmayan heyətlə keçir.
Bəzi legionerlərin düşərgəyə bu gün qoşulacağı gözlənilir.
Xatırladaq ki, millimiz sentyabrın 23-də Bakıda yoldaşlıq oyunu çərçivəsində Tacikistan yığması ilə qarşılaşacaq.
Futbolçularımız bir neçə gün sonra UEFA Millətlər Liqası çərçivəsində səfərdə Litva (27 sentyabr) və Lixtenşteyn (1 oktyabr) kollektivləri ilə üz-üzə gələcəklər.
Yığmamız həmçinin oktyabrın 4-də Litva seçməsini qəbul edəcək.



















saytlarin hazirlanmasi
