“Real”ın yarımmüdafiəçisi Federiko Valverde “Atletiko”nun yarımmüdafiəçisi Li Kan İnlə mübarizə zamanı zədələnib.
Sportal.az xəbər verir ki, La Liqanın 7-ci turunun oyununda “Real” “Atletiko”ya 1:2 hesabı ilə məğlub olub. 45-ci dəqiqədə Li Kan İn mərkəz dairəsindən bir qədər aralıda Valverdenin topuq nahiyəsinə zərbə endirib. Görüşün baş hakimi Migel Anxel Ortis Arias “Atletiko”nun yarımmüdafiəçisini cəzalandırmayıb.
Valverde bu epizodda sol topuğundan zədə alıb və gözlənildiyi kimi, 2-3 həftəlik sıradan çıxacaq. Futbolçunun qarşıdakı beynəlxalq fasilədə Uruqvay millisinin düşərgəsinə qoşulmayacağı gözlənilir.
saytlarin hazirlanmasi
