"Zirə"nin sabiq legioneri geri qayıda bilər

12:22 - 20 Sentyabr 2026

2023-2026-cı illərdə “Zirə”nin qapısını qorumuş Tyaqo Silva yenidən Azərbaycanda çıxış edə bilər.

Sportal.az saytına verilən məlumata görə, portuqaliyalı qapıçıya Azərbaycan klublarından təkliflər var.

Silva özü də həmin təklifləri dəyərləndirmək istəyir. Tyaqonun yaxın vaxtlarda Azərbaycana geri dönüşü də baş tuta bilər.

26 yaşlı qapıçı bu yay “Zirə”dən ayrılmışdı. “Benfika”nın yetirməsi olan qapıçı “Gimarayeş B”, “Leykşoeş”, “Trofense”də oynayıb.
 

Xəbər xətti