"İnter Mayami"nin futbolçusu Lionel Messi karyerasında 75-ci qolunu birbaşa cərimə zərbəsindən vurub.
Sportal.az "The Touchline" portalına istinadən xəbər verir ki, o, MLS-in müntəzəm mövsümündə “San Dieqo” ilə (2:2) görüşdə qol vurub.
Argentinalı futbolçu cərimə zərbəsindən vurulan qolların sayına görə tarixdə ikinci yerə yüksələrək 74 qol vuran braziliyalı Jairini geridə qoyub.
Siyahıda lider isə 78 qolla Marselinyo Kariokadır.
Marselinyo 1994-2001-ci ildə Braziliya millisində oynayıb. O, “Flamenqo”, “Korintians”, “Santos”, “Valensiya”, “Əl-Nəsr”, “Vasko da Qama”, “Ayaçço”, “Korintians” klublarında çıxış edib.
saytlarin hazirlanmasi
