Azərbaycanda kubok qazanmış məşqçi Premyer Liqamıza qayıdır

12:20 - 22 Sentyabr 2026

"Araz-Naxçıvan"ın yeni baş məşqçisi müəyyənləşmək üzrədir.

Sportal.az xəbər verir ki, Yuri Maksimov Premyer Liqa təmsilçisini çalışdırmağa yaxındır. Bu barədə "TaToTake" teleqram kanalı məlumat yayıb.

Ukraynalı mütəxəssisin "Araz-Naxçıvan"ın təklifini qəbul etdiyi bildirilir.

Qeyd edək ki, Yuri Maksimovun son iş yeri 2025-ci ilin iyununda ayrıldığı "Vorskla" olub. 57 yaşlı məşqçi daha əvvəl Azərbaycanda "Keşlə"yə (indiki "Şamaxı") rəhbərlik edib. Komanda onun rəhbərliyi altında 2018-ci ildə Azərbaycan Kubokunun qalibi olub.

Xəbər xətti