"Roma"nın keçmiş hücumçusu Françesko Totti peşəkar futbola qayıtmaq imkanını nəzərdən keçirib.
Sportal.az xəbər verir ki, əfsanəvi italiyalı futbolçu bu barədə özünün yeni avtobioqrafik "Oltre" kitabında danışıb:
"48 yaşım olanda "Cenoa" və "Komo"dan gələn təklifləri geri çevirdim. Bədənim qayıtmağa hazır idi, lakin bir suala cavab vermək lazım idi: "Roma"ya qarşı oynamağa hazırammı?" İçimdəki cavab gözlənilən idi, buna görə də imtina etdim".
Totti bütün peşəkar karyerasını "Roma"nın heyətində keçirib, 1993-cü ildən 2017-ci ilə qədər "canavarlar"ın şərəfini qoruyub. O, bu müddət ərzində 785 matçda iştirak edərək 307 qola və 205 məhsuldar ötürməyə imza atıb.
