"Gəncəbasar" Samux, Göygöl, Daşkəsən və Goranboyda istedadlı uşaqlar axtaracaq - məşq bazasının tikilməsi də gündəmdədir

15:33 - 23 Sentyabr 2026

I Liqada mövsümə yaxşı başlayan "Gəncəbasar" qarşısına yalnız idman nəticələri ilə deyil, təməli möhkəm qurulmuş kub kimi böyümək hədəfi qoyub. Artıq rəhbərlik tərəfindən yaxın gələcək üçün inkişaf planlaması da hazırlanmaq üzrədir. Sportal.az saytına bu barədə "Gəncəbasar"ın mətbuat xidməti tərəfindən məlumat verilib:

"Klubumuzun məqsədi Gəncədə, təmsil etdiyimiz bölgədə futbolun kompleks şəkildə inkişafına dəstək verməkdir. Bizim üçün prioritet olan istiqamətlər arasında uşaq futbolu xüsusi yer tutur. Təbii ki, istənilən idman növünün inkişafı üçün təməl prinsipləri var. “Gəncəbasar”ın da starteji planları, müəyyənləşdirdiyi hədəflər, layihələr, fəaliyyəti bu yöndədir. Gələcəkdə klubun məşq bazasının salınması, akademiyanın təşkili tərəfimizdən düşünülür. Bu məqsədlə müəyyən işlər də aparılır. Klub rəhbərliyi tərəfindən infrastrukturun, məşq bazasının yaradılması planlanır. “Gəncəbasar” yeni yaranıb. Klub yalnız əsas komandadan ibarət olmayacaq. Klubun tərkibində akademiya formalaşacaq. Gəncəyə yaxın olan Samux, Göygöl, Daşkəsən, Goranboydan istedadlı uşaq və yeniyetmələrin akademiyaya cəlb olunması fikirlərimizə daxildir".

Qeyd edək ki, "Gəncəbasar" ilk 3 turda yüzfaizli nəticə göstərib. 9 xalı olan Gəncə klubu "Şahdağ Qusar"la ilk iki pillədə yer alıb. 

Xəbər xətti