Bu gün Azərbaycan milli komandası beynəlxalq yoldaşlıq matçına çıxacaq.
Sportal.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Bakıda Tacikistan millisini qəbul edəcək.
8-ci km qəsəbə stadionunda reallaşacaq qarşılaşma saat 20:00-da start götürəcək.
Görüş bu ayın sonu və oktyabrın əvvəlində start götürəcək UEFA Millətlər Liqası oyunlarına hazırlıq xarakteri daşıyır.
Beynəlxalq yolşdalıq oyunu
20:00 Azərbaycan – Tacikistan
Baş hakim: Roman Jitari
Yan xətt hakimləri: Vlad Lifçiu, Vadim Vikol (hamısı Moldova)
Dördüncü hakim: Kamranbəy Rəhimov (Azərbaycan)
VAR: Abduraşid Xudoyberqanov (Özbəkistan)
AVAR: Kamran Bayramov (Azərbaycan)
Bakı, 8-ci km qəsəbə stadionu.
