Kriştiano Ronaldudan onun üçün hansının daha vacib olduğunu seçməsi istənilib: Millətlər Liqasını qazanmaq, yoxsa 1000 qol vurmaq.
Sportal.az xəbər verir ki, Portuqaliya millisinin 41 yaşlı hücumçusu öz açıqlamasında bunları qeyd edib:
"Məqsədim hər ikisinə nail olmaqdır. Həm 1000 qol vurmaq, həm də Millətlər Liqasını qazanmaq. Bu, yeni bir dövrdür və Martinesin gördüyü işi yüksək qiymətləndirmək lazımdır. Yad ölkədə çalışmasına və ona qarşı edilən bütün hücumlara baxmayaraq.
İndi isə bizi hamının tanıdığı Jorje Jesus çalışdırır və əminəm ki, hər şey uğurlu alınacaq".
saytlarin hazirlanmasi
