21 yaşlılardan ibarət yığma komandamızın forvardı Lorenzo Mezzotero qışda komandasını dəyişə bilər.
Sportal.az saytına verilən məlumata görə, 18 yaşlı forvard İtaliya B seriyasında yarışan “Sampdoriya”nın heyətində oynasa da, onun daha çox forma geyinə biləcəyi komandaya keçə biləcəyi gözlənilir.
Onun xidmətində elə İtaliya B seriyasında yarışan digər klublar maraqlıdır. "Sampdoriya"nın əsas komandasında bu mövsüm 2 oyuna çıxmış Lorenzo qışda icarəyə gedib-getməyəcəyi ilə bağlı öz qərarını verəcək.
