Özbəkistanın Səmərqənd şəhərində 46-cı Ümumdünya Şahmat Olimpiadası davam edir.
Sportal.az xəbər verir ki, bu gün 9-cu turun oyunları keçiriləcək.
Kişilərdən ibarət Azərbaycan komandası (Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Aydın Süleymanlı, Məhəmməd Muradlı və Eltac Səfərli) Ermənistanla qarşılaşacaq. Qadınlardan ibarət komanda (Ülviyyə Fətəliyeva, Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva və Gülnar Məmmədova) Çexiya ilə üz-üzə gələcək.
Kişilərdən ibarət Milli komandası daha əvvəl Mərakeşi (4-0), Filippini (3-1), İsveçrəni (3-1), Argentinanı (2.5-1.5) və Yunanıstanı (3.5-0.5) məğlub etmiş, Çexiya (2-2), Rumıniya (2-2) və Hindistanla (2-2) heç-heçə etmişdi.
Qadınlar komandamız isə Qvatemala (4-0), Danimarka (4-0), İsveç (2.5-1.5), İngiltərə (2.5-1.5) və Serbiya (3-1) komandalarını məğlub etmiş, Argentina ilə heç-heçə oynamış (2-2), Qazaxıstan (1.5-2.5) və Ermənistana (1.5-2.5) məğlub olmuşdu.
Səkkiz turdan sonra kişilərdən ibarət Milli turnir cədvəlində 5-ci (13 xal), qadınlardan ibarət Milli isə 21-ci (11) yerdədir. HSE İsveçrə sistemi üzrə 11 turda keçirilir və sentyabrın 27-də başa çatacaq.
saytlarin hazirlanmasi
