"Şahdağ Qusar"dan "Mingəçevir"ə 8 qol

21:42 - 25 Sentyabr 2026

Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən istifadə edən "Şahdağ Qusar" yoxlama oyununda qüvvəsini sınayıb.

Sportal.az xəbər verir ki, Füzuli Məmmədovun yetirmələri "Mingəçevir"lə üz-üzə gəliblər. Qarşılaşma Şimal bölgəsi təmsilçisinin 8:0 hesablı qələbəsi ilə başa çatıb.

"Şahdağ Qusar"ın heyətində İdir Butrif dubl, Arsene Dauda het-trik edib. Digər qolları isə Aqil Nəsibov, Famil Camalov və Dalton vurub.

Xəbər xətti