İngiltərə Federasiyası "Çelsi"ni cəzalandıra bilər - Roma Papasını təhqir edən mahnı oxunmasına görə

22:17 - 25 Sentyabr 2026

İngiltərə Futbol Assosiasiyası (FA) avqustun sonunda “Fulhem”lə keçirilən matçın 9-cu dəqiqəsində azarkeşlərin qeyri-münasib davranışına görə “Çelsi”ni cəzalandıra bilər.

Sportal.az xəbər verir ki, buna səbəb “Çelsi” azarkeşlərinin bir hissəsinin “Flute for 50 Pence” mahnısını oxuması ola bilər. Mahnıda Roma Papası və İrlandiya Respublika Ordusuna (IRA) qarşı təhqiramiz ifadələrin yer aldığı misra var.

FA-nın açıqlamasında bildirilir:

“Klub öz tamaşaçı və ya azarkeşlərinin qeyri-münasib, təhqiramiz, kobud və ya alçaldıcı davranışlara yol verməməsini təmin etməməkdə ittiham olunur.”

“Çelsi” də azarkeşlərə müraciət edərək bu cür şüar və mahnıları qəti şəkildə dəstəkləmədiyini xatırladıb. Klub bildirib ki, belə davranışda günahkar bilinən hər bir azarkeş mümkün olan ən sərt tədbirlərlə üzləşəcək. Bu tədbirlərə “Çelsi”nin bütün oyunlarına qeyri-müəyyən müddətə giriş qadağası və stadiondan uzaqlaşdırılma da daxil ola bilər.

Xəbər xətti