"Bavariya"nın yarımmüdafiəçisi Camal Musiala sıradan çıxıb.
Sportal.az xəbər verir ki, bu barədə Bundesliqa nəhənginin mətbuat xidməti məlumat yayıb.
23 yaşlı futbolçu Almaniya milli komandasının UEFA Millətlər Liqasında Niderlanda qarşı keçirdiyi matçdan (1:1) əvvəl isinmə hərəkətləri zamanı zədələnib. Onun sağ ayaq əzələsində yırtıq aşkarlanıb. Hücumameyilli yarımmüdafiəçi "Bavariya"nın düşərgəsinə qayıdıb.
Qeyd edək ki, Camal Musiala cari mövsümdə "Bavariya"nın heyətində bütün turnirlərdə meydana çıxdığı 4 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
