Litva millisinin, "Zenit" və "İnter"in (indiki "Şamaxı") sabiq hücumçusu Robertas Poşkus Sporyal.az saytına açıqlama verib.
Sportal.az xəbər verir ki, veteran futbolçu UEFA Millətlər Liqası çərçivəsində baş tutacaq Litva - Azərbaycan matçını dəyərləndirib:
"Litva millisinin qalib gələcəyini düşünürəm. İlk matçda Lixtenşteyni udmuşuq və bu da bizə özünəinam verəcək. Bəli, Azərbaycana qarşı evdə oynayırıq. Litvanın qələbə qazanmaq üçün böyük şansı var.
Sizdə düşünürlər ki, qalib gəlmək lazımdır. Bizdə də o cür düşünürlər. Prinsipcə, millilər hardasa eyni səviyyədədir. Amma məncə, Azərbaycan üçün səfərdə oynamaq evdə oynamaqdan bir az çətin olur. Ona görə düşünürəm ki, Litvanın şansı var. Bəli, mən oyunda olacam. Ümidvaram ki, yaxşı oyun olacaq və Litva yığması qalib gələcək.
saytlarin hazirlanmasi
