"Əgər çətin işi görmək lazımdırsa, bunu mən edərəm" - Fransa yığmasının müdafiəçisi

22:43 - 27 Sentyabr 2026

Fransa millisinin yarımmüdafiəçisi Eduardo Kamavinqa hücumçuların hücumda özlərini daha yaxşı göstərə bilmələri üçün müdafiə işini üzərinə götürməyə hazır olduğunu bildirib.

Sportal.az xəbər verir ki, “Real"ın yarımmüdafiəçisi öz açıqlamasında bunları qeyd edib:

“Yarımmüdafiədə oynayarkən komanda yoldaşlarını sığortalamağa hazır olmalısan, çünki hücumçular heç də həmişə müdafiədə yaxşı olmurlar. Fransa millisində yüksək səviyyəli hücumçulara sahib olduğumuz üçün şanslıyıq.

Mən onlardan müdafiəyə qayıtmaq üçün çılğın qaçışlar etmələrini tələb etmirəm. Onlardan yalnız öz işlərini yaxşı görmələrini istəyirəm: qol vurmaq, cərimə meydançasında olmaq və komandaya fayda vermək. Əgər onların özlərini mümkün qədər yaxşı göstərə bilmələri üçün çətin işi mən görməliyəmsə, bunu edəcəyəm. Bununla bağlı heç bir problemim yoxdur”.

Xəbər xətti