"Yuventus" braziliyalı qapıçı ilə gücləndi

19:10 - 28 Sentyabr 2026

İtaliyanın "Yuventus" klubu heyətini yeni qapıçı ilə gücləndirib.

Sportal.az xəbər verir ki, A Seriyası nəhəngi "Botafoqo"dan ayrılan Netonu rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Braziliya milli komandasının üzvü ilə 2026/27 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Neto 2015-2017-ci illərdə "Yuventus"un formasını geyinib. 37 yaşlı qolkiper "Fiorentina", "Valensiya", "Arsenal", "Barselona" kimi klublarda da çıxış edib.

Xəbər xətti