Afrika Millətlər Kubokunun seçmə mərhələsinin oyunları keçirilir.
Sportal.az xəbər verir ki, Kabo-Verde millisi doğma meydanda Ruandanı qəbul edib. Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Ruanda yığmasının heyətində Azərbaycanda çıxış edən futbolçular da meydana çıxıblar. Belə ki, "Sabah"ın hücumçusu Coy-Lens Mikelslə "Zirə"nin müdafiəçisi Ange Mutsinzi matça start heyətində başlayıblar.
Mikels 90+3-cü dəqiqədə əvəzlənib. O, komandasının ikici qolunun məhsuldar ötürməsini edib. Qələbə qolunun assisti isə Mutsinzidən gəlib.
Qeyd edək ki, 2 turdan sonra 6 xal toplayan Ruanda seçməsi qrupun lideridir.
saytlarin hazirlanmasi
