Azərbaycan milli komandasının UEFA Millətlər Liqasının D2 qrupunda Lixtenşteynlə keçirəcəyi oyununun təyinatları açıqlanıb.
Sportal.az xəbər verir ki, matçı Avstriyadan olan hakimlər briqadası idarə edəcək.
Görüşün baş hakimi Kristian Petru Cioçirca olacaq. Ona yan xətlərdə Maksimilian Veyss və Mixael Obritzberger köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Safak Barmaksız yerinə yetirəcək. VAR-da Manuel Şuettengruber, AVAR-da isə Aleksander Harkam əyləşəcək.
Qeyd edək ki, Azərbaycan - Lixtenşteyn qarşılaşması oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 20:00-da start götürəcək.
saytlarin hazirlanmasi
