Portuqaliyalı müdafiəçi Avropa nəhənglərinin hədəfində

13:28 - 29 Sentyabr 2026

"Portu"nun müdafiəçisi Alberto Koşta Avropanın böyük klublarının transfer siyahısına düşüb.

Sportal.az xəbər verir ki, "Mançester Yunayted", "Mançester Siti", "Arsenal" və PSJ portuqaliyalı futbolçunun çıxışını yaxından izləyir. Bu barədə "CaughtOffside" məlumat yayıb.

Bu klublar mövsüm başa çatdıqdan sonra Koşta üçün Portuqaliya nəhənginə təklif göndərməyi planlaşdırırlar.

Oyunçunun klubu ilə müqaviləsi 2030-cu ilin yayına kimidir. 23 yaşlı sağ cinah müdafiəçisinin sözləşməsində 65 milyon avroluq sərbəstqalma maddəsi yer alıb.

Qeyd edək ki, "Portu" Alberto Koştanı 2025-ci ilin yayında "Yuventus"dan 15 milyon avroya transfer edib. Portuqaliya U-20 millisinin sabiq üzvü cari mövsümdə "əjdahalar"ın heyətində 8 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti