"Lill" futbolçusu Etan Mbappe UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunda "Betis"ə qarşı keçirilən matçdakı epizoda görə 3 oyunluq diskvalifikasiya edilib.
Sportal.az xəbər verir ki, fransalı vinger rəqib müdafiəçi Natana əli ilə toxunaraq üzünə vurduqdan sonra birbaşa qırmızı vərəqə alıb. Braziliyalı futbolçu Mbappenin arxasına gələrək çiyninə toxunub, bundan sonra "Lill"in oyunçusu əli ilə kəskin hərəkət edib.
Matçın baş hakimi Georgi Kabakov epizodun təkrarına baxıb və Mbappenin meydançadan qovulması barədə qərar qəbul edib.
UEFA insidentə əlavə olaraq baxıb və 19 yaşlı futbolçuya 3 oyunluq cəza təyin edib. Buna görə də Etan Mbappe Çempionlar Liqasında "Arsenal", "Qalatasaray" və "Budö-Qlimt"ə qarşı keçiriləcək matçlarda "Lill"ə kömək edə bilməyəcək.
Qeyd edək ki, Fransa U-21 millisinin üzvü olan Etan Mbappe cari mövsümdə "Lill"in heyətində meydana çıxdığı 6 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
