"Liverpul"un kapitanı Vircil van Deyk karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Real" niderlandlı futbolçunun xidmətində maraqlıdır. Bu barədə "Mundo Deportivo" nərşi məlumat yayıb.
"Kral klubu" mövsümün sonunda Premyer Liqa nəhəngi ilə müqaviləsi başa çatan van Deyki heyətinə qatmaq variantını nəzərdən keçirir.
Qeyd edək ki, "Liverpul" Vircil van Deyki 2018-ci ilin yanvarında "Sauthempton"dan 84,6 milyon avroya transfer edib. 35 yaşlı mərkəz müdafiəçisi bu müddət ərzində Mersisayd təmsilçisinin heyətində meydana çıxdığı 380 rəsmi matçda 36 qol və 16 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
