Kriştiano Ronaldo ilə Jorje Jesus arasında münasibətlər gərginləşib.
Sportal.az xəbər verir ki, Portuqaliya millisinin oktyabrın 1-də Danimarka ilə qarşılaşacağı Kopenhagenə Portuqaliya Futbol Federasiyasının prezidenti Pedru Proensa təcili şəkildə gəlib. O, yaranmış vəziyyəti müzakirə etmək üçün sabah futbolçu və baş məşqçi ilə görüşəcək.
41 yaşlı kapitan verilən sözə baxmayaraq, Norveçlə matçda son 30 dəqiqədə meydana buraxılmamasından narazı qalıb. Final fitindən dərhal sonra Ronaldo azarkeşlərə təşəkkür etmədən paltardəyişmə otağına yollanıb. Bu gün isə komanda ilə məşq etməyib və əvəzində oteldəki trenajor zalında fərdi məşq keçib.
Bildirilir ki, vəziyyət hələ də normallaşa bilər. Lakin hazırda bunun hansı nəticələrə gətirib çıxaracağı bəlli deyil və komandada atmosfer gərgin olaraq qalır.
saytlarin hazirlanmasi
