"Neftçi"nin legioneri oynadı, komandası qazandı

09:22 - 30 Sentyabr 2026

"Neftçi"nin legioneri Sessi Almeyda Benin yığmasının heyətində Afrika Millətlər Kubokunda növbəti görüşünü keçirib.

Sportal.az xəbər verir ki, Benin millisi II turda Mavritaniya ilə üz-üzə gəlib. Qarşılaşma Sessinin komandasının 2:1 hesablı qalibiyyəti ilə başa çatıb.

"Neftçi"nin legioneri bu matçda meydana start heyətində çıxıb və sona qədər oynayıb. Millinin kapitan sarğısı da ona həvalə edilib.

Benin 2 turdan sonra 4 xalla qrupda liderdir.  F qrupunda Benin, Burkina Faso, Mavritaniya və Orta Afrika Cümhuriyyəti mübarizə aparır.

Xəbər xətti