Tahir Abdullayevin UFC-də növbəti görüşünün vaxtı açıqlandı

13:47 - 30 Sentyabr 2026

Azərbaycanlı MMA döyüşçüsü Tahir Abdullayevin UFC turnirində növbəti görüşünün vaxtı açıqlanıb.

Sportal.az xəbər verir ki, 29 yaşlı idmançı noyabrın 21-də "UFC Qatar" turnirində gücünü sınayacaq.

"Tank" ləqəbli təmsilçimizin rəqibi avstraliyalı Ceyk Matyus olacaq.

Qeyd edək ki, UFC-də bu ilin iyununda Bakıda keçirilən "UFC Fight Night" yarışında debüt edən Abdullayev braziliyalı Ceferson Nasimentoya 3-cü raundda nokautla (TKO) qalib gəlib.

O, MMA karyerasında 23 döyüşün 11-i nokautla olmaqla 20-də qələbə qazanıb.

Xəbər xətti