Niderlandlı hücumçu İtaliyada ən yaxşı seçildi

18:17 - 1 Oktyabr 2026

İtaliya A Seriyasında avqust-sentyabr aylarının ən yaxşı oyunçusu məlum olub.

Sportal.az xəbər verir ki, "Roma"nın niderlandlı hücumçusu Doniell Malen başa çatan ayların ən yaxşısı seçilib. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

Malen azarkeşlərin onlayn səsverməsi və fərdi statistik göstəricilərin birləşdirilməsi nəticəsində qalib elan edilib. 27 yaşlı forvard Davide Frattesi ("Latsio"), Giorgi Kvernadze ("Frozinone"), Daniel Maldini ("Kalyari"), Lautaro Martines ("İnter") və Adrien Rabyonu ("Milan") geridə qoyub.

Qeyd edək ki, Doniell Malen avqqust-sentyabr ayılarında İtaliya çempionatında meydana çıxdığı 5 matçda 6 qol vurub.

Xəbər xətti