"Qızıl Top"u qazanmaq mənim üçün böyük nailiyyət olardı" - Keyn

19:08 - 1 Oktyabr 2026

"Bavariya"nın və İngiltərə millisinin hücumçusu Harri Keyn "Qızıl Top" mükafatı üçün mübarizə ilə bağlı fikirlərini bölüşüb.

Sportal.az xəbər verir ki, ​33 yaşlı forvard mükafatın təqdimetmə mərasiminin Londonda keçirilməsinin bu hadisəni onun üçün daha da xüsusi etdiyini deyib:

​"Əlbəttə ki, mərasimin öz şəhərimdə keçirilməsi mənim üçün xüsusi olacaq. İngilislər 20 ildən çoxdur ki, "Qızıl Top"u qazanmırlar. Bu müddət ərzində kifayət qədər görkəmli oyunçularımız olub. "Qızıl Top"u qazanmaq mənim üçün böyük nailiyyət olardı. Lakin hazırda tam olaraq cari mövsümdə yenidən keyfiyyətli oyun nümayiş etdirməyə köklənmişəm".

Qeyd edək ki, ​"Qızıl Top"un təqdimetmə mərasimi oktyabrın 26-da keçiriləcək. Nüfuzlu fərdi mükafatın əsas namizədləri Harri Кеyn və "Barselona"nın cinah oyunçusu Lamin Yamal hesab olunurlar.

Xəbər xətti