Şotlandiya yığmasının baş məşqçisi Azərbaycanla matç haqda: "Əla oyun keçirdik"

13:22 - 1 Oktyabr 2026

Şotlandiyanın U-21 yığma komandamızın baş məşqçisi Entoni Doherti AVRO-2027 seçmə mərhələsinin B qrupunun 9-cu turunda Kilmarnokda Azərbaycan üzərində qazanılan 5:2 hesablı qələbəni şərh edib.

Sportal.az xəbər verir ki, Doherti komandasının qalibiyyəti haqda bunları deyib:

"Əla oyun keçirdik. Oyundan məmnunam. Ən əsası komandanın istəyini gördüm. Bu komanda tərifə layiqdir. Buraxdığımız qola necə reaksiya verdiyimizi görmək vacib idi. Matçda üstünlük bizim əlimizdə idi. Zəif oyundan sonra gözlənilməz qol buraxdıq. Amma yaxşı reaksiya verdik. Təəssüf ki, oyundan əvvəl irəliləmək şansımızın olmadığını bilirdik, amma turniri güclü şəkildə başa vurmaq istəyirdik".
 

Xəbər xətti