Türkiyə millisində ciddi itki - Belçikaya qarşı oynamayacaq

13:55 - 2 Oktyabr 2026

Türkiyə milli komandasının heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, hücumameyilli yarımmüdafiəçi Can Uzun sıradan çıxış. Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat verib.

"Ayntraxt"ın futbolçusu ayağında olan ağrılara görə Belçika ilə matçın hazırlıq prosesində iştirak etməyib. Buna görə də Can oyunun heyətindən kənarlaşdırılıb.

Qeyd edək ki, Türkiyə yığması bu gün Bakı vaxtı ilə saat 22:45-də səfərdə Belçika seçməsinin qonağı olacaq. "Ay-ulduzlular" ayın 5-də isə Bolonyada İtaliya ilə üz-üzə gələcək.

Xəbər xətti