Millətlər Liqası: Türkiyə Belçikaya, İtaliya Fransaya qarşı

09:48 - 2 Oktyabr 2026

UEFA Millətlər Liqasında qrup mərhələsinin oyunları davam edir.

Sportal.az xəbər verir ki, bu gün 3-cü tur çərçivəsində A, B və C Liqalarında ümumilikdə 10 qarşılaşma keçiriləcək.

A Liqasında yer alan Türkiyə milli komandası səfərdə Belçikanın qonağı olacaq, İtaliya yığması isə Fransa seçməsi ilə üz-üzə gələcək.

Xatırladaq ki, Vinçenso Montellalı "ay-ulduzlular" qrupun ilk iki matçında Fransa və İtaliya kollektivlərinə məğlub olub.

UEFA Millətlər Liqası. 3-cü tur.

A Liqası. 1-ci qrup

22:45. Belçika - Türkiyə
22:45. Fransa - İtaliya

B Liqası. 2-ci qrup

22:45. Macarıstan - Gürcüstan
22:45. Ukrayna - Şimali İrlandiya

4-cü qrup

22:45. Bosniya və Herseqovina - İsveç
22:45. Polşa - Rumıniya

C Liqası. 2-ci qrup

20:00. Kipr - Ermənistan
20:00. Latviya - Monteneqro

3-cü qrup

18:00. Qazaxıstan - Moldova
22:45. Farer adaları - Slovakiya

Xəbər xətti