Fiziki biletlər satışa çıxarıldı - “Turan Tovuz” - “Fənərbaxça” oyunu üçün

14:32 - 2 Oktyabr 2026

“Turan Tovuz” - “Fənərbaxça” oyununun fiziki biletləri satışa çıxarılıb.

Sportal.az xəbər verir ki, bu barədə Qərb bölgəsi təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Biletləri bu gündən etibarən saat 18:00-dək, 3 oktyabr tarixində isə oyunun başlanma saatınadək Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından əldə etmək mümkündür.

Qeyd edək ki, "Turan Tovuz" - "Fənərbaxça" qarşılaşması sabah keçiriləcək və saat 20:00-da start götürəcək.

Xəbər xətti