Mövsümün əvvəlində "İnter"dən "Real"a transfer olunan Denzel Dumfris qərarı ilə bağlı açıqlama verib.
Sportal.az xəbər verir ki, niderlandlı sağ cinah müdafiəçisi Madrid təmsilçisini dünyanın ən böyük klubu adlandırıb:
"İnter"də keçirdiyim 5 ildən sonra yeni bir şey sınamağın vaxtının çatdığını hiss etdim. Mənim üçün "Real" dünyanın ən böyük klubudur və burada oynamaq bir şərəfdir. Bunun "İnter"lə heç bir əlaqəsi yoxdur. Çünki orada gözəl vaxt keçirmişəm. Lakin bəzən insan həyatda yeni çağırışlara ehtiyac duyur. "Real" mənim üçün mükəmməl klubdur. "İnter"də oynamaq böyük şərəf idi. Amma bu, mənim atmaq istədiyim bir addım idi. Doğru məqam idi. Komanda yoldaşlarım da mənim adıma çox sevinirdilər".
Qeyd edək ki, Denzel Dumfris "Real"ın heyətində bütün turnirlərdə 7 rəsmi matçlarda meydana çıxıb.
saytlarin hazirlanmasi
