20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün yoldaşlıq oyununa çıxacaq.
Sportal.az xəbər verir ki, Ruy Jorjenin rəhbərlik etdiyi kollektiv Moldovadan olan həmyaşıdları ilə üz-üzə gələcək.
Qəbəşə şəhər stadionunda keçiriləcək qarşılaşma saat 18:00-da start götürəcək.
Qeyd edək ki, U-20 millimiz Qəbələ toplanışı zamanı daha bir yoxlama matçı keçirəcək. Komanda oktyabrın 6-da Yaponiya yığması ilə qarşılaşacaq.
saytlarin hazirlanmasi
