"Real"ın futbolçusu "Sportinq"də

11:27 - 20 İyun 2017

"Real" müdafiəçisi Fabio Koentraunu icarəyə verib.

 

Sportal.az xəbər verir ki, portuqaliyalı müdafiəçi karyerasını ölkəsində davam etdirəcək. 29 yaşlı futbolçu Lissabonun "Sportinq" klubunda çıxış edəcək. Portuqaliya millisinin üzvünün müqaviləsi 1 illik nəzərdə tutulub.

 

Qeyd edək ki, Koentrau 2011-ci ildə "Real"a "Benfika"dan transfer edilib.

Xəbər xətti