"İnter"in Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi olan Serbiyanın "Mladost" klubu heyətini gücləndirib.
Sportal.az xəbər verir ki, Luçani tmsilçisi 3 hücumçunu sıralarına qatıb. Bunlar Nenad Marinkoviç, İvan Markoviç və Uroş Sindziçdir.
"Mladost" ötən günlərdə Özbəkistan millisinin hücumçusu Husniddin Qafurov və qanalı forvard Bismark Appyanı da transfer edib.
Qeyd edək ki, "İnter"in "Mladost"la ilk görüşü iyunun 29-da səfərdə baş tutacaq. Cavab görüşünü isə iyulun 6-da Bakıda keçiriləcək.
saytlarin hazirlanmasi
