"Mançester Siti"nin hücumçusu "Sevilya" yolunda

13:54 - 20 İyun 2017

"Sevilya" "Mançester Siti"nini hücumçusu Nolitonu transfer etməyə yaxındır.

 

Sportal.az xəbər verir ki, bu barədə Əndəlüsiya təmsilçisinin prezidenti Xose Kastro məlumat verib. Patronun sözlərinə görə İspaniya yığmasının üzvünün transferi üçün "şəhərlilər"lə danışıq aparılır. O, qeyd edib ki, Nolito ilə müqavilə imzalamağ yaxındırlar. 

 

Qeyd edək ki, 30 yaşlı hücumçu 2016-cı ildə "Selta"dan "Mançester Siti"yə keçib. Forvard açıqlamasında komandasını tərk edəcəyini söyləmişdi.

Xəbər xətti