"Monako" "Barselona"nın futbolçusunu transfer etdi

18:53 - 21 İyun 2017

"Monako" heyətini yeni bir futbolçu ilə gücləndirib.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, son Fransa çempionu "Barselona"nın B komandasının futbolçusu Xordi Mbulanı transfer edib. 18 yaşlı forvardla 5 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, "Monako" daha öncə "Volfsburq"dan Dieqo Benalo və "Lill"dən Sualixo Meyteni transfer edib.

Xəbər xətti