"Portu"nun futbolçusu Premyer Liqa klubunda

16:16 - 24 İyun 2017

Portuqaliyanın "Portu" klubunun hücumçusu Loran Depuatr karyerasını İngiltərə "Haddersfild"ində davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, belçikalı forvardla 2019-cu ilə qədər müqavilə imzalanıb. Depuatrın transferi "Haddersfild"ə 5 milyon avroya başa gəlib. Bu isə klub tarixində rekord məbləğdir.

 

Qeyd edək ki, 29 yaşlı futbolçu Belçika yığmasında da oynayıb.

Xəbər xətti