Avropanın ən güclüsü: "Liverpul"!

00:59 - 2 İyun 2019

Çempionlar Liqasında  2018/19-cu il mövsümünün qalibi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, həlledici matçda İngiltərə təmsilçiləri - "Tottenhem" və "Liverpul" üz-üzə gəlib.

 

Qarşılaşma İspaniyanın paytaxtı Madriddəki "Vanda Metropolitano" stadionunda keçirilib.

 

Rəqibini 2 cavabsız qolla məğlub edən "Liverpul" tarixində 6-cı dəfə Çempionlar Liqasının qalibi olub.

 

Çempionlar Liqası
Final

1 iyun (şənbə)

 

23:00. "Tottenhem” (İngiltərə) – "Liverpul” (İngiltərə) - 0:2
Qollar:
Məhəmməd Salah, 2 (pen.), Divok Orici, 87

Hakimlər: Damir Skomina, Yure Praprotnik, Robert Vukan və Mateo Laos
Madrid. "Vanda Metropolitano" stadionu.

Xəbər xətti