"Qarabağ"da gözlənilməz ayrılıq

16:40 - 3 İyun 2019

"Qarabağ"da daha bir ayrılıq reallaşıb.

 

Sportal.az xəbər verir ki, Donald Gerye Ağdam klubundan ayrılıb. Haiti millisinin üzvü ilə başa çatan müqavilə uzadılmayıb. 30 yaşlı cinah futbolçusu azad agent statusuna yiyələnib.

 

Qeyd edək ki, Gerye 2017-ci ildə Türkiyənin "Alanyaspor" klubundan "Qarabağ"a keçmişdi.

 

"Qarabağ" daha öncə Yakub Jezniçak, İnnosent Emeqara, Reynaldo Silva və Con Delarjla yolları ayırmışdı.

Xəbər xətti