Azərbaycan kuboku: Yarımfinal matçlarının başlama saatı açıqlandı

14:49 - 22 Aprel 2024

Azərbaycan kubokunda yarımfinal mərhələsinin cavab görüşlərinin başlanma saatları bəlli olub. 

Sportal.az xəbər verir ki, aprelin 24-də keçiriləcək görüşlər fərqli saatlarda start götürəcək. 

İlk görüşdə rəqibinə uduzan "Qəbələ" "Zirə"ni qonaq edəcək və Qəbələ şəhər stadionunda keçiriləcək matç 17:00-da başlayacaq. 

Tofiq Bəhramov adına stadionunda baş tutacaq "Qarabağ" - "Neftçi" oyunu isə 20:00-da olacaq. 

Qeyd edək ki, ilk görüşdə "Zirə" "Qəbələ"ni 2:1, "Qarabağ" isə "Neftçi"ni 4:0 məğlub etmişdi. 

Xəbər xətti