"Yuventus" və "Çelsi"nin transfer mübarizəsi

17:24 - 22 Aprel 2024

"Atalanta"nın futbolçusu Tyon Kopmeyners yayda komandasını dəyişə bilər.

Sportal.az xəbər verir ki, niderlandlı hücumameyilli yarımmüdafiəçini "Yuventus" bə "Çelsi" transfer etmək istəyir. Bu barədə İtaliya mətbutı məlumat yayıb.

Berqamo təmsilçisi 26 yaşlı ön xətt oyunçusunu 50 milyon avroya satmağa hazırdır.

Qeyd edək ki, "Atalanta" Tyon Kopmeynersi 2021-ci ilin yayında "AZ Alkmar"dan transfer edib. Niderland millisinin üzvü biu mövsüm A Seriyası təmsilçisinin heyətində medyana çıxdığı 41 rəsmi matçda 13 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2027-ci ilin iyunn ayına kimidir.

Xəbər xətti