"Milan" Jiruya əvəzləyici tapdı

19:52 - 22 Aprel 2024

"Milan"ın hücumçusu Olivle Jiru mövsümün sonunda komandadan ayrılacaq.

Sportal.az xəbər verir ki, A Seriyası təmsilçisi fransalı forvarda əvəzləyici tapıb. İtaliya klubu yayda "Lill"də çıxış edən Conatan Devidi transfer etmək istəyir. 

"La Gazzetta dello Sport"un yazdığına görə "Milan" rəhbərliyi kanadalı futbolçunun transfer üçün Fransa klubu ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, "Lill" Conatan Devidi 2020-ci ilin yayında "Gent"dən transfer edib. 24 yaşlı hücumçu bu mövsüm komandanın heyətində meydana çıxdığı 42 rəsmi matçda 24 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi gələn ilin yayında başa çatır.

Xəbər xətti