"Şəki Siti" autsayderə böyük hesabla uduzdu - VİDEO

20:49 - 22 Aprel 2024

Futbol üzrə Azərbaycan II Liqasında XXII turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, bu gün "Şəki Siti" səfərdə "Kürmük Qax"ın qonağı olub. Qarşılaşma meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 14-ə yüksəldən "Kürmük Qax" turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb. 35 xalı olan "Şəki Siti" isə 7-ci yerdədir.

"Kürmük Qax" - "Şəki Siti" 4:1
Qollar: 
Revazi Otaraşvili, 62, Vüqar Məmmədli, 78, Roma Dukaşvili, 79, Nurlan Camallı, 88

Xəbər xətti